Bu gün "Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində yanğın olub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanan gəminin Xəzər Dəniz Gəmiçiliyinə aid olduğu bildirilir.
Hələlik hadisə yerinə yanğınsöndürənlər cəlb edilməyib.
Yanğının səbəbi bilinmir.