Xəbər lenti

Biləcəri sakinləri yolu bağladı - FOTO
Ölkə10:58 30.09.2016

Biləcəri sakinləri yolu bağladı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 28-də Bakıya yağan yağışın yaratdığı problemlər hələ də davam edir. 

Biləcəri qəsəbəsinin sakinlərinin Qaynarinfo.Az-a verdiyi məlumata görə, Bilәcәridә “Sarı Market” yaxınlığında olan evləri su basıb. 

Çirkab sularının evlərə axması sakinləri özündən çıxarıb. Hazırda həmin ərazidə yaşayan insanlar küçəyə çıxaraq, yolu bağlayıblar. Əraziyə Daxili İşlər Nazirliyinin Post Paturul Xidmətnin əməkdaşları cəlb edilib. 

Hadisə yerində çəkilmiş fotonu təqdim edirik:

Qaynarinfo.Az