
“Microsoft”un keçmiş direktoru Bill Qeyts bəzən olduqca maraqlı çıxışlar edir.
Bu dəfə də belə olub. Harvard Universitetində müsahibə zamanı o etiraf edib ki, sistemə giriş üçün “Ctrl+Alt+Del” klavişlər kombinasiyasından istifadə qərarı səhv olub.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, tədbir zamanı aparıcı Bill Qeytsdən soruşub ki, bu kimin ideyası olub və yaradıcı nəyə əsaslanıb? Bill dərhal cavab verib ki, bu qərar səhv olub. Gözlənilməz etiraf zalda gülüş doğurub.