Keçmiş bir nömrəli terrorçunun qohumları məşhur mərmər karxanasını alıblar"Əl-Qaidə" terror qruplaşmasının keçmiş lideri Usama Bin Ladenin ailəsi Toskanada yerləşən əfsanəvi Karrarski daş karxanasını alıb.
ANS PRESS-in məlumatına görə, oradan çıxardılmış mərmər bloklar daha çox antik heykəltəraşlara və memarlara gətirilir.
“Saudi Binladin Group” tikinti şirkəti italyan firmasının ən böyük səhmdarı olub. “Marmi Carrara”nın 50 faiz payını almaq üçün 45 milyon avroluq saziş bağlayıb. Bu haqda “The Daily Telegraph” qəzeti bildirib.
“Bin Ladenlərin ailəsinə məxsus Səudiyyə şirkəti “SBG” 45 milyon avroya 4 payçıdan “Marmi Carrara” şirkətinin aksiyalarını əldə edib. Ailə bununla şirkətin 50%-ə qədər paketini ələ keçirib”, - deyə nəşr qeyd edib.
Mərmərin bu növündən Davidin heykəlinin yaradılması üçün Mikelandjelo istifadə edib.
Qeyd edək ki, Usama Bin Laden “Saudi Binladin Group”un banisi Məhəmməd Bin Ladenin 53 uşağından biridir. Hal-hazırda şirkətə "Əl-Qaidə"nin sabiq liderinin ögey qardaşı Bakr Bin Laden başçılıq edir.
Qaynar.info
