Xəbər lenti

Binə bazarında kütləvi narazılıq - FOTO
Ölkə09:36 02.05.2014

Binə bazarında kütləvi narazılıq - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binə bazarında tacirlərin köçü başlayıb.

Bu köç haqda "Axar.az"a bazarda çalışan Ramin Həsənov məlumat verib.

Məlumatda deyilir ki, yer haqlarının süni şəkildə artırılması və qeyri-rəsmi rüsumların hər ay yığılması ticarətçiləri bezdirib. Binə yarmarkasında çalışanlar bazarı tərk edib, yaxınlıqdakı Karvansaray və Sədərk bazarlarına üz tuturlar. Onların sözlərinə görə, səbəb odur ki, burada yalnız rəhbərliyin cibinə işləyirlər.

 Ramin Həsənov rüsumların həddindən artıq çox olduğunu deyib: ”Hər ay sayğac pulu, təhlükəsizlik kamerası pulu və bu cür onlarla heç yerdə görünməyən rüsum yığılır. Alverin zəif olduğu bir vaxtda da bu pulları vermək olmur. Müdiriyyətə dəfələrlə bu haqda demişik. Amma nə fayda? “Bu mənim problemim deyil, gətir pulu ver“, - deyir. Biz də məcbur qalıb o biri bazarlara köçürük”. 

Qaynar.info