Xəbər lenti

Binəqədidə bərbad vəziyyət: Sakinlər yoldan şikayət edir (VİDEO)
Ölkə11:39 25.01.2023

Binəqədidə bərbad vəziyyət: Sakinlər yoldan şikayət edir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi bərbad vəziyyətdədir.
Bu barədə Qaynarinfo-ya sakinlər məlumat verib.
Redaksiyamıza təqdim olunan videodan da görünür ki, küçə uzun illərdir təmir olunmur, asvalt artıq tamamilə sıradan çıxıb, çalalar əmələ gəlib. Bu isə insanları, xüsusən də uşaqların gediş-gəlişini çətinləşdirir. İnsanlar hər gün palçıqlı yollardan min bir əziyyətlər keçərək işə, məktəbə gedib-gəlməli olur.
Küçənin təmir olunması ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət edilsə də, nəticəsi olmayıb.
Aydın