Xəbər lenti

Binəqədidə evləri su basdı: 6 nəfər köməksiz qaldı
Ölkə12:39 17.08.2020

Binəqədidə evləri su basdı: 6 nəfər köməksiz qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə 4-ü azyaşlı olmaqla 6 nəfər köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.