Xəbər lenti

Binəqədidə köçkünlərin yataqxanasında yanğın başladı
Ölkə18:22 07.05.2019

Binəqədidə köçkünlərin yataqxanasında yanğın başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.
Modern.az xəbər verir ki, yanğın paytaxtın 7-ci mikrorayon ərazisində yerləşən yataqxanaların birində qeydə alınıb.
Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.