Xəbər lenti

Bir gündə 4 nəfər bıçaqlandı - Azərbaycanda
Ölkə08:34 11.03.2016

Bir gündə 4 nəfər bıçaqlandı - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda bir gündə 4 nəfər bıçaqlanıb.

Apa-nın məlumatına görə, ötən gün Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Tural Əhmədzadə, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyev və Balakən rayon sakini, 1993-cü il təvəllüdlü Vüsal Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətiriliblər.

Daha bir bıçaqlanma faktı Xətai rayonu, İ.İsmayılov küçəsində qeydə alınıb. Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Azər Zeynalov münaqişə zəminində paytaxt sakini 1980-ci il təvəllüdlü Elnur Göyüşova bıçaqla xəsarət yetirib. A.Zeynalov tutulub.

Baş vermiş bıçaqlanma hadisələri ilə müvafiq olaraq rayon polis şöbələrində araşdırma aparılır.

Qaynar.info