Xəbər lenti

Bir gündə 4 nəfər boğularaq öldü - Azərbaycanda
Ölkə07:35 25.08.2016

Bir gündə 4 nəfər boğularaq öldü - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Daxili İşlər Nazirliyi ötən gün ölkə çimərliklərində baş verən bədbəxt hadisələrlə bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, avqustun 24-də ümumilikdə 4 nəfər boğularaq ölüb.

Məlumata görə, avqustun 24-də Səbail rayonunun Şıx qəsəbəsindəki dəniz çimərliyində 20-25 yaşlı kişi və Bakı şəhər sakini Məmmədəli Tağızadə suda boğulub. Avqustun 23-də isə Quba rayon sakinləri Elmar Ömərov və Roman Nəcəfov Xaçmaz rayonunun Müqtədir kəndindəki dəniz çimərliyində boğulub.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az