Xəbər lenti

Bir ildə 961 uşaq övladlığa götürülüb
Ölkə13:15 25.08.2014

Bir ildə 961 uşaq övladlığa götürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda ötən il 961 uşaq övladlığa götürülüb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ötən il 1 yaşadək  övladlığa götürülənlərin sayı 204 nəfər olub. 1-5 yaşda olan övladlığa götürülmüşlər isə 429 nəfər təşkil edib. 60 uşaqla bağlı övladlığa götürülmə qərarı isə ləğv olunub.
 
Bundan başqa, 1 yaşadək övladlığa götürülmüş 1 uşaq barəsində övladlığa götürülmə qərarı ləğv edilib. 1-5 yaşda olanlarla bağlı 6, 11-17 yaşda övladlığa götürülən uşaqlarla bağlı isə 46 qərar ləğv olunub.

Qaynar.info