Xəbər lenti

Bir insan necə yazar olur?
Ölkə09:05 10.09.2013

Bir insan necə yazar olur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xuraman Nuru

Bir insan nə zaman yazar olur, bilirsiniz?

Ürəyindəkilər dolub-daşdığında  və  kimsənin  onu  anlamadığını  düşündüyündə… Oxuduğu kitablardan  çıxıb,  öz  kitabını yazmağa başlayanda…

Sözlərlə  bir  vals  kimi,  bir tanqo kimi rəqs edəndə, yarımçıq qalmış  bir musiqinin gizli və həzin bir səsi kimi qulağına, bütün bədəninə yayılan zaman göz yaşını saxlaya bilməyəndə... Bəli, yazar olmaq öz  dünyasının  müsiqisini bəstələməkdir .

Gərəkdiyində üsyan bayrağını çəkmək, gərəkdiyində nəmli  gözlərinin o gözəl yaşlarını kağızına damlatmaq, qələmini də özünə məhrəm  bilməkdir .  Bir yazarın ən çox  sevdiyi əşyalardan biridir qələmi.

Qələm  bitər,  kağız  bitər,  ürəkdə  hiss edilən çarəsizlik bitər, çəkdiyi acılar bitər,  qayğılar bitər,  eşq  bitər,  amma bir yazar bu qədər bitmişlərin, tükənmişlərin arasında yenə  yaza  bilirsə, o  zaman o  doğrudan da bir  yazardır.  Yazar, acıları yazar,  yazar,  sevinci yazar. Yazar,  xəyallarının artıq gerçəyə dönəcəyini gözləyə- gözləyə  acı  ilə  yazar.

Mən nə zaman yazar oldum bilirmisiniz?  Ətrafımda  o  qədər insan  varkən, o qədər  insan  selinin işığında, özümün qaranlığımı,  özümün yalnızlığımı gizlindən-gizlinə kəşf  etdiyimdə… Sığınacaq bir limanımın olduğunu illərlə düşündüyüm  zaman birdən dəli dalğalarla döyüşən gəmi kapitanı olduğumu  anladığımda,  möhkəm-möhkəm sıxdığım əlimi açarkən  orada yalnızca qələmin olduğunu anladığımda oldum yazar.

Əslində hər kəs yazandır. Hər kəs yazan ola bilər. Amma yazar olmaq başqa şeydi. Yazar, ürəyində bir acı hiss  edəndir, hər gördüyü hadisə,  hər eşitdiyi söz ürəyinə  toxunandır yazar.

Hər kəsdən küsdüyündə  yanında olan dost  qələminə söykənib  ağlayandır  yazar. Bir yazar tək kədər yox, sevinci də çox  gözəl  alır qələmə. Əvvəl  titrər vücudu, qəlbi  sıxılar,  amma sevincdən, xöşbəxtlikdən olar sadəcə. O  an  üzündə  gözəl bir gülümsəmə  olar. Yazar durmadan  yazar  o anda. Bax o zaman hər  kəsə, hayatda  sadəcə acının olmadığını anladar… Bir  yazarın  da tək kədərlə  deyil, sevincli anlarla da  ilhamlandığını yazar...  Mən ən gözəl sevincli yazımı bilirsiniz  nə zaman yazdım?! Xəyallarımda sarıldığım ümidlərimi  gerçəkdə  tapdığımda. O, əslində, hər zaman yanımda imiş, sadəcə  mən görməmişəm.  Çoxu kimi…  İndi qələmə  aldıqlarımı səsli  bir  video  kimi yazıram sətirlərə...

Səs salıram  cahana. Bir yazar, ən çox öz səsini, iç səsini duyar. Ondandır başqa səslərin, hətta öz adının belə özünə yad olmasını  hiss etməyi. Nə zaman adımı unutdum,  bilirsiniz? Acılarımla başqalarının  acılarına dərd ortağı olduğumu gördüyümdə.  Yazılarımla dostlarımın, məni oxuyanların  gözlərini nəmləndirəndə… 

O ürəklərin sarı siminə toxunduğum zaman və elə o zamanlarda adımdan “Yazar” deyə bəhs edildiyində,  Yazar olaraq  tanındığımda…  Bəzən bir ümüd, bəzən acıydım, bəzən real bir dost, bəzən əlçatmaz  xəyaldım.  Amma əsas adım  "yazarmış" demə sonunda anladım...

Bir  yazarın ürəyininin daha çox parçalandığı nə zamandır, bilirsiniz? Sual işarələri azalıb, noqtələr çoxalanda… Yazar, nöqtə qoymağı bildiyi zaman həyatı öyrənir. 

Mən nə zaman həyatı öyrəndim, bilirsiniz? Nöqtələrım  içimə  işləyib, sətırlərimdən daşdığında.  Anladım ki, həyat  gülümsəyənləri  daha  çox  sevirmiş.  Nöqtələr  qoyulunca da  həyat daima gülümsəyərmiş. Bitən bitərmiş. Bitəni yazdım, gedəni yazdım, dönəni yazdım. Gedənlər  də  oldu da sətırlərimdə, dönənlər də…

Bir yazar nə zaman əsl bir yazar olur, bilirsiniz? Ümidlər intihar etdəndə,  qələmlərindəki  ümidlərın heç tükənməyəcəyini bildiklərində… Bunu dərk etmək çətindir, amma həyat əslındə çətin yollardan keçər. Yazar adını nə cür yazarsa yazsın, həyat və insanlar,  ürəyindəki o  təlatümlü fırtına heç durulmadan onu yazar olaraq yazar.

Mən  də bir Qulam ən  nəhayyətində. Bir yazar, ilhamını nə eşqdən, nə sevgidən, nə də xəyanətdən alır. Onun aldığı ilhamın əsas  səbəbi , o Qulu, o yazarı yaradan YARADANDIR!!!Bir  yazar böyüklüyünü  Yaradanına borclu olduğunu  bildiyində o zaman  öz  ölümsüzlüyünü  yazaraq  yaradar.