XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bir köhnə lövbər körfəz altındakı tunelin tikintisini 241 gün gecikdirib
Dünya13:47 11.08.2026

Bir köhnə lövbər körfəz altındakı tunelin tikintisini 241 gün gecikdirib

Bir çox avtomobil tuneli yalnız bir istiqamətdə hərəkət üçün nəzərdə tutulub. Lakin 1964-cü ildə istifadəyə verilmiş ABŞ-ın Virciniya ştatındakı “Timple-Şol” tunelində hər istiqamət üçün bir hərəkət zolağı var.

Qaynarinfo xəbər verir ki, “Autonotion”un yazdığına görə, köhnə tunelin şimala doğru bütün nəqliyyat axınına, yeni tunelin isə cənuba doğru hərəkətə xidmət etməsi üçün onun yanında ikinci tunel inşa edilir. Lakin ikinci tunelin istifadəyə verilməsi gecikir.

Bildirilir ki, yeni tuneldən hərəkət təxminən 2028-ci ilə qədər açılmayacaq. Buna səbəb isə ingilis gəmisinə məxsus lövbərdir. Üstəlik, tikinti başlamazdan əvvəl heç kim həmin lövbərin dənizin dibində olduğunu bilməyib.

“Şitova” adlı qazma maşını qazıntı işlərinə 2023-cü ilin fevralında başlayıb. May ayında, tunelin təxminən 200 metr uzunluğunda hissəsi qazıldıqdan sonra konveyer lentində metal parçaları görünməyə başlayıb. Məlum olub ki, bunlar gəmi lövbərinin qalıqlarıdır.

Çıxarılan fraqmentlərdən birinin üzərində istehsalçının möhürü aşkarlanıb: W. L. Byers & Co. Bu, XIX əsrin ortalarından XX əsrin ortalarına qədər İngiltərənin Sanderlend şəhərində fəaliyyət göstərmiş lövbər zavodu olub. Tikintiyə başlamazdan əvvəl ərazidə aparılan araşdırma zamanı bu lövbər aşkar edilməyib.

Tunelin qazılması 2024-cü il aprelin 8-də bərpa olunub. Bu insidentin yaratdığı ümumi gecikmə 241 gün təşkil edib.

Ekspertlərin sözlərinə görə, bu cür gecikmə rekord deyil. Məsələn, “Paulina” adlı Almaniya istehsalı qazma maşını dağ süxurlarının üzərinə uçmasından sonra İsveçrə Alplarının altında 329 gün qalıb.

Tunelin layihələndirilməsi və tikintisi üzrə müqavilənin dəyəri təxminən 756 milyon dollar təşkil edib. Tikinti işlərini həyata keçirən CBBT şirkətinin daxili hesablamalarına əsasən, bu məbləğ ilkin qiymətdən təxminən 100 milyon dollar çoxdur.

Aydın