Xəbər lenti

Bir müəllim öldü, biri yaralandı - İşə gedəndə qəzaya düşdülər
Ölkə 13:40 11.06.2025

Bir müəllim öldü, biri yaralandı - İşə gedəndə qəzaya düşdülər

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb. 

Belə ki, "Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində vəfat edib. Xəsarət alanlardan biri azyaşlıdır. Faktla bağlı araşdırma aparılır.

Hadisə nəticəsində Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbinin 1994-cü il təvəllüdlü müəllimi Həqiqət İsmayılova hadisə yerində ölüb.

Avtomobildə olan digər müəllim Şəbnəm Hüseynova isə yaralanıb. Maşında olan 2021-ci il təvəllüdlü azyaşlı isə xəsarət alıb. Həmin şəxslər səhər saatlarında Gəncədən Şəmkirə çalışdıqları məktəbə işə gedirmişlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->