Xəbər lenti

Bir paralimpiyaçımız final mərhələsində
İdman06:17 03.09.2021

Bir paralimpiyaçımız final mərhələsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tokio-2020 Yaya Paralimpiya Oyunlarında idmançılarımız mübarizəni davam etdirir.

 

Qaynarinfo xəbər verir ki, bu gün çıxış edəcək 4 paralimpiyaçımızdan 3-ü növbəti yarışlarını keçirib.

 

Parataekvondoçumuz Əbülfəz Abuzərli (K44) -75  kq çəki dərəcəsində ilk təsəlliverici görüşdə ukraynalı rəqibinə qalib gəlib.

 

Bir neçə gün öncə üzgüçülük idmanının brass kateqoriyası üzrə yarışda qızıl medalı boynundan asan Vəli İsrafilov (S12) 100 metr butterfly kateqoriyasının təsnifat mərhələsində 1:10:59 nəticə göstərərək mübarizəni dayandırıb. Digər üzgüçümüz Raman Saleh (S12) isə eyni mərhələdə 58.99 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

 

Atletika idman növü üzrə idmançımız Samir Nəbiyev (F57) nüvə itələmə kateqoriyasında yarışacaq. O Bakı vaxtı ilə saat 14:08-də mübarizəyə qoşulacaq.

 

Səbuhi Həsənov