Xəbər lenti

Birinci ledinin ölkədən çıxışına “stop” qoyuldu
Dünya13:58 18.08.2017

Birinci ledinin ölkədən çıxışına “stop” qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"The Telegraph" yazır ki, Cənubi Afrika Respublikasının polisi sərhəd postlarına Zimbabvenin birinci ledisi Qreys Muqabenin ölkədən çıxmasına imkan verməməyi əmr edib. Buna səbəb onun döydüyü gənc  qıza rüşvət təklif etdiyi barədə iddialardır.

Zimbabve birinci ledisinin hücumuna məruz qaldığı deyilən Gabriella Engelsin vəkili Gerrie Nel bəyan edib ki, əgər Cənubi Afrika polisi xanım Muqabeyə qarşı cinayət işi qaldırmasa, onun müştərisi prezident xanımını fərdi qaydada məhkəməyə verəcək.

Vəkil deyib ki, o üç ay ərzində ən azı məhkəmə tədbirinin görülməsini tələb edir. Vəkil Nel bundan əvvəl əlil qaçışçı Oscar Pristoriusun birgə yaşadığı qadını qətlə yetirməsi ilə bağlı mühakimədə iştirak edib.

Nel bildirib ki, fərdi qaydada məhkəmə mühakiməsi dövlət mühakiməsi ilə "tam eyni nəticələrə" səbəb ola bilər. "Burada istənilən hökm, hətta azadlıqdan məhrumetmə hökmü də mümkündür" - vəkil bildirib.

Vəkil deyib ki, onun müştərisi ailəyə üçüncü tərəfin vasitəsilə təklif edilən "qanpulunu" rədd edib. 20 yaşlı model və gecə klubu hostesi Engels Zimbabvenin birinci ledisini, onu Yohannesburq otelində elektrik kabeli ilə döyməkdə ittiham edir. Xanım Muqabenin oğulları həmin oteldə qalırdılar.

Bazar günü gecə baş verdiyi iddia edilən insident iki ölkə arasında siyasi və diplomatik qalmaqala çevrilib. CAR polisi Qreys Muqabeni istintaqa ifadə vermək üçün çağırışa etinasızlıqda ittiham edir. Bunun əvəzində Qreys Muqabe Yohannesburq ətrafında bir malikanəyə sığınıb və diplomatik toxunulmazlıq statusu almağa çalışır.

Vəziyyəti qəlizləşdirən budur ki, Engelsin ailəsi ziddiyyətli Afrikaner haqları qrupu AfriForum təşkilatından dəstək istəyib. Afrikanerlər 18-ci əsrdə burada məskunlaşmış hollandlardan törəyən etnik qrupun adıdır.

Yohannesurqda keçirilən mətbuat konfransında Gabriella Engels başında sarğı ilə oturmuşdu. O xanım Mugabenin onun başını yardığını iddia edir. Bundan əvvəl Cənubi Afrikanın polis naziri Fikile Mbalula bütün sərhəd məntəqələrinə bu məsələ həllini tapmadan Grace Muqabenin ölkədən çıxmasına imkan verməmək tapşırığı verib. Lakin polisin sözçüsü bəyan edib ki, Qreys  Muqabe barədə həbs orderi verilməyib.

O bildirib ki, polis, xanım Mugabenin diplomatik toxulmazlıq statusu üçün müraciətinə nə cavab veriləcəyini gözləyir.

Lakin Qabriella  Engelsin müdafiə komandası bildirib ki, onlar Qreys Mugabeyə köhnə tarixlə verilmiş diplomatik toxunulmazlıq statusunu qəbul etməyəcəklər, çünki birinci ledi Cənubi Afrikaya alış-veriş və müalicə üçün gəlib.

AfriForum təşkilatına bağlı vəkil Villi Spies deyib ki, diplomatik toxunulmazlıq məsələsi böyük bir ehtimalla ən yüksəjk hökumət səviyyəsində həll olunacaq. Başqa sözlərlə bu o deməkdir ki, bu məsələ CAR prezidenti Jacob Zuma və Zimbabve lideri Robert Muqabe arasında müzakirə olunur.

Spies deyib ki, belə görünür xanım Mugabe diplomatik toxunulmazlıq alan kimi ölkəni tərk edəcək. 53 yaşlı birinci ledinin əri, 93 yaşlı Robert  Mugabe Cənubi Afrikaya cümə axşamı, regional liderlərin Pretoriyada keçirilən sammitində iştirak etmək üçün gəlib. Nə Robert  Mugabe, nə də Zimbabve hökuməti insidentlə əlaqədar açıqlama verməyiblər. 

Qaynarinfo.Az

Mənbə: BBC