Martın 3-də Bitcoin son həftənin minimum qiymətləri ilə müqayisədə 20%-dən çox bahalaşıb. ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən ölkənin strateji ehtiyatına daxil ediləcək digər kriptovalyutalar da sürətlə dəyər qazanıb.
Qaynarinfo "Reuters"ə
istinadla xəbər verir ki, Trampın yanvar ayında imzaladığı rəqəmsal aktivlərə dair fərman Bitcoin, Ethereum, XRP, Solana və Cardano da daxil olmaqla kriptovalyutaların ehtiyat kimi saxlanmasına imkan yaradacaq.
Bu qərarın ardınca Bitcoin 93 057 dollar səviyyəsinə yüksəlib. Halbuki fevralın 28-də, cümə günü bu rəqəm 78 273 dollar idi. Bununla yanaşı, Ethereum 10% bahalaşaraq 2 450 dollara çatıb, XRP 31%, Solana 15%, Cardano isə 69% dəyər qazanıb.
"Tramp kriptotreyderlərin gözlədiyi təkanı verdi", - City Index şirkətinin baş bazar analitiki Mett Simpson bildirib.
Bazar günü Wall Street birjası yüksəlişlə bağlansa da, Nvidia kimi iri texnologiya şirkətlərinin səhmlərinin dəyər itirməsi Bitcoin-in etibarlılığına şübhələr yaratmışdı.
Fevralın 28-də Bitcoin ABŞ prezidentinin inauqurasiyasından sonra qeydə alınan tarixi maksimumla müqayisədə 25% ucuzlaşmışdı.
Cümə günü səhər saatlarında kriptovalyutanın qiyməti 79 min dollardan aşağı düşsə də, daha sonra 81 min dollar səviyyəsinə qədər qalxmışdı.
Alpər
Şərhlər