İngiltərənin "The Beatles” musiqi qrupunun dağılmasının günahkarı Con Lennondur.
Qaynarinfo xəbər verir ki, bu fikri BBC Radio 4-ə müsahibəsində keçmiş qrup üzvü Pol Makkartni söyləyib.
Makkartni parçalanmanın təşəbbüskarı olmadığını qeyd edib. "Bu dağılmanı mən başltmamışam. O, bizim Conni idi", - Makkartni "The Guardian”a deyib. O bildirib ki, özünün qrupda çıxış etməyə davam eləmək istəyirmiş, amma Lennon musiqiçilərin mübahisələrindən sonra "The Beatles”in daxili fikir ayrılıqlarını həll edə bilməyəcəyinə qərar verib.
Makkartniyə görə, Lennon bir gün otağa girib və "The Beatles”dən ayrıldığını bildirib.
"İş ondadır ki, Conun başı Yoko ilə yeni həyatına qarışmışdı. Con həmişə cəmiyyətin buxovlarını sarsıtmaq istəyirdi", - deyən Makkartni bunu onunla izah edib ki, Lennon çox sərt olan xalası Miminin himayəsində böyüyüb və buna görə də həmişə azadlığa can atıb.
Xatırladaq ki, "The Beatles” 1960-cı ildə Liverpulda yaranıb. Lennon, Makkartni, Corc Harrison və Ringo Star qrupun əsas heyəti olub. Komanda 1970-ci ildə dağılıb. Lennon 8 dekabr 1980-ci ildə Nyu Yorkdakı evinin yaxınlığında öldürülüb. Makkartni daha əvvəl "Beatles” qrupunun "ailə mübahisəsi" nəticəsində dağıldığını bildirmişdi.
Alpər
Şərhlər