Xəbər lenti

“Bizim rəqibimiz hakimiyyətin namizədidir” - Ruslan İzzətli
Ölkə14:40 29.08.2015

“Bizim rəqibimiz hakimiyyətin namizədidir” - Ruslan İzzətli

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“D18 Hərəkatı bu ilin aprel ayında 33 Xətai seçki dairəsindən namizədliymi irəli sürüb. ReAl Hərəkatı da həmin dairədə məni dəstəkləyir”. 

Bunu Qaynar.info-nun əməkdaşıyla söhbətində D18 Hərəkatının başqanı Ruslan İzzətli deyib. 

Onun sözlərinə görə, hərəkatın üzvləri sözügedən dairədə daha aktivdirlər: “Arif bəy də o dairədən namizəddirsə uğurlar arzu edirəm.  Bizim rəqibimiz hakimiyyətin namizədidir. Biz o dairədə apardığımız kampaniya və gənc, enerjili komandamızı Arif Hacılı da görəcək. Mən inanıram ki, Arif bəy o dairədə seçiçi olardısa fərqli baxışı və kampaniyanı görüb bir vətəndaş kimi bizə səs verərdi”.

Qeyd edək ki, bu gün Müsavat Partiyası parlament seçkilərilə bağlı namizədliyini verəcək üzvlərinin siyahısını açıqlayıb. Məlum olub ki, başqan Arif Hacılı 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək.

Qaynar.info