ABŞ dövlət katibi Antoni Blinken Soyuq müharibədən sonrakı dünya nizamının bitdiyini deyib. Onun sözlərinə görə, onilliklər boyu davam edən nisbi geosiyasi sabitlik öz yerini Rusiya və Çinin də daxil olduğu avtoritar qüvvələrlə artan qarşıdurmaya verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Blinken Con Hopkins Universitetində mühazirə oxuyarkən deyib.
"Hazırda yaşadıqlarımız Soyuq Müharibədən sonra yaranmış dünya nizamının sınağından daha çox şey deməkdir. Bu, onun sonudur, hansı ki, bir gecənin içində baş verməyib”, - Blinken bildirib.
Dövlət katibi Rusiyanın Ukraynaya qoşun yeritmək qərarını BMT Nizamnaməsində təsbit olunmuş dünya nizamı üçün ən ciddi təhdid adlandırıb. Blinken Çini dünya düzəninə ən ciddi uzunmüddətli təhdid kimi adlandırıb və onun fikrincə, o, dünyanın geosiyasi strukturunu dəyişmək üçün hərbi, diplomatik və iqtisadi imkanlara malikdir. Rusiya ilə Çinin əməkdaşlığında o, bu ölkələrin hakimiyyət orqanlarının avtokratiyaların təhlükəsizliyini dünyaya göstərmək cəhdi kimi görür.
Nizami Bağırov