Dünya neft bazarı cümə axşamı səhər Blumberq xəbər agentliyinin daha üç Yaxın Şərq ölkəsinin Moskvaya qarşı "neft müharibəsində" Ər-Riyada qoşulmaq niyyəti barədə informasiyasına əsəbi reaksiya verib.
Qaynarinfo xəbər verir ki, agentliyin mənbələrinə görə, İraq və Küveyt tərəfdaşlarına endirimlə karbohidrogen tədarük edəcək, Birləşmiş Ərəb Əmirlikləri isə artıq fevral tədarükünün qiymətini endirib.
Aprel ayından etibarən İraq nefti bir barrel üçün beş dollar endirimlə ixrac ediləcək, Küveytdən gələn xammal 6 dollar endirimlə bazara çıxacaq. BƏƏ yanvar ayından bəri bir barelə görə $ 1,63 səviyyəsini geridə qoyub.
Məlumatlı mənbənin bildirdiyinə görə, İraq dövlət şirkəti SOMO aprel ayında xaricə "qara qızıl" tədarükünü artırmaq niyyətindədir.
Alpər