Sadə bir hərəkət etməklə vaxtsız ölüm riskini öyrənə bilərsiniz.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə avstriyalı alimlər
bildirib.
Araşdırma banka açmaqda və ya möhkəm əl sıxmaqda çətinlik çəkən insanların ömrünün daha qısa olduğunu göstərib.
Təcrübə zamanı könüllülərə bir əli ilə dinamometri sıxmağa icazə verilib. Hər bir iştirakçıya iki cəhd şəraiti yaradılıb və ən yaxşı nəticə nəzərə alınıb.
Məlum olub ki, əl sıxma gücü az olan insanların vaxtından əvvəl ölüm riski daha çoxdur. Belə bir simptom ona işarə edir ki, "əl sıxmaq" yox, sağlamlığınızı yoxlamaq lazım olduğunu göstərir, - həkimlər xəbərdarlıq edərək deyib.
Alpər