Xəbər lenti

BMT açıqladı: İŞİD oktyabrda məğlub olacaq
Dünya07:06 02.09.2017

BMT açıqladı: İŞİD oktyabrda məğlub olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BMT-nin Suriya təmsilçisi Stefan de Mistura Suriyada İŞİD terrorçu qrupunun 2 ay ərzində məğlub ola biləcəyini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Mənim fikrini soruşsanız, hadisələr sonun başlanğıcı kimi görünür, bunun eyni zamanda sülhün başlanğıcı olduğuna da əmin olmalıyıq. Lakin Rakka, Deyrizor və İdlibin sabitliyə qovuşması üçün hələ uzun müddət lazımdır. Deyrizor artıq 3 ildir ki, İŞİD işğalındadır. Ərazidə yaşayan insanlara hava ilə yardım göndərmək lazım gəlir, bu BMT üçün çətin və baha başa gəlir" fikrini səsləndirən Mistura açıqlamasında beynəlxalq müdaxilə nəticəsində 1 il ərzində Suriyada ədalətli və demokratik seçkilərin keçirilə biləcəyini deyib.

Qeyd edək ki, 14-15 sentyabr tarixlərində Astanada Türkiyə, Rusiya, İranın iştirakı ilə növbəti görüş keçiriləcək. Bir müddət əvvəl Suriyada atəşkəs bölgəsi elan edilməsi ilə nəticələnən Astana razılaşması əldə edilmişdi.

Gülşən

Qaynarinfo.Az