Xəbər lenti

BMT-dən İsrail əleyhinə 5 qətnamə
Dünya06:54 01.12.2018

BMT-dən İsrail əleyhinə 5 qətnamə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT İsrail əleyhinə 5 qətnamə qəbul edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Fələstini dəstəkləyən qətnamələr səs çoxluğu ilə qəbul edilib. Qarşı çıxan ölkələr arasında ABŞ, İsrail, Avstraliya, Kanada yer alıb. Sənədlər Fələstin xalqına öz müqəddəratının müəyyənləşdirmək hüququnun verilməsi, Yaxın Şərqdə probleminin həllinə köməyi nəzərdə tutur. 
Təşkilat "Fələstin probleminin sülh yolu ilə həll olunması" başlıqlı qətnamədə bu istiqamətdə beynəlxalq səylərin gücləndirilməsinə çağırır, Fələstin-İsrail münaqişəsinin həlli üçün Moskvada beynəlxalq konfransın vaxtında keçirilməsini tələb edir. Qəbul edilən qərarlarda İsraildən Qüdsdə məskunlaşma prosesini dayandırmaq, dini ibadət yerlərində təxribatlara son qoymaq tələb edilir.
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!