
Moskvanın Qolan təpələrindəki BMT missiyasına əsgər göndərmə təklifi qəbul edilməyib.
BMT Rusiyanın Qolan təpələrində atəşkəsi müşahidə edən beynəlxalq missiyaya əsgər göndərmə təklifinin qəbul edilməyəcəyini bəyan edib.
BMT Baş Katibliyinin sözçüsü Martin Nesirki Qolana əlavə hərbi qüvvə göndərilməsi istiqamətindəki işlərin davam etdiyini bildirib. Sözçü Rusiyanın təklifinin qəbul edilməyəcəyini deyib.
Qaynar.info