Xəbər lenti

BMT-dən Suriya qətnaməsi
Dünya05:04 28.09.2013

BMT-dən Suriya qətnaməsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səsvermənin keçirildiyi toplantıda Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirak edib


BMT Təhlükəsizlik Şurası Suriyadakı kimyəvi silahın məhv edilməsinə dair qətnamə qəbul edib. ANS PRESS-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, toplantıda Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirak edib.

Qətnamədə qeyd olunur ki, onun icra edilmədiyi təqdirdə, o cümlədən kimyəvi silahların qanunsuz ötürülməsi və istənilən qüvvə tərəfindən Suriyada istifadə edildiyi halda, BMT nizamnaməsinin 7-ci maddəsinə uyğun tədbirlər görüləcək. Bu maddəyə əsasən hərbi əməliyyatlar da daxil olmaqla sərt təbirlər görməyə imkan verir.

Şuraya üzv olan on beş ölkə, beynəlxalq nəzarət altında zəhərləyici maddələrin məhv edilməsi üzrə prosedurlar haqda Suriyanın kimyəvi silahları qadağan olunması üzrə təşkilatın qərarını alqışlayıb.


Qaynar.info