Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının (TŞ) avqustun 16-da Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək.
Bu barədə "Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın osözlərinə görə, nazir BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclasında iştirak edəcək.
Daha əvvəl ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi məlumat vermişdi ki, Ermənistanın müraciəti ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək məqsədilə BMT Təhlükəsizlik Şurasının iclası avqustun 16-da ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da keçiriləcək.
Şərhlər