Xəbər lenti

BMT Ukrayna əhalisinin 15 milyona düşəcəyini proqnozlaşdırır
Dünya 21:22 15.07.2024

BMT Ukrayna əhalisinin 15 milyona düşəcəyini proqnozlaşdırır

2100-cü ilə qədər Ukraynanın əhalisi 15,3 milyon nəfərə qədər azala bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə BMT Katibliyinin İqtisadi və Sosial Məsələlər Departamentinin hazırladığı 2024-cü il üçün dünya əhalisinin proqnozlarına yenidən baxılmasında deyilir.

BMT-nin məlumatına görə, 2024-cü il yanvarın 1-nə Ukrayna əhalisi 37 milyon 441 min nəfər olub.

2026-cı ilə qədər Ukraynanın əhalisi artaraq 39,7 milyon nəfərə çatacaq, bundan sonra BMT-nin məlumatına görə, ölkədə əhalinin sayı hər il azalmağa başlayacaq. Beləliklə, 2100-cü ildə əhalinin sayı 15,3 milyon nəfərə qədər azala bilər.

Demoqrafiya İnstitutunun direktor müavini Oleksandr Qladun "Ukrayna pravda. Life"a şərhində qeyd edib ki, BMT-nin bu proqnozu çox bədbindir.
O izah edib ki, demoqrafik proqnozların bir neçə kateqoriyası var - optimist, realist və pessimist. Onların hər birinin doğum, ölüm və miqrasiya üçün öz parametrləri var.

"Məncə, bu, ölkəmiz üçün ən pessimist proqnozlardan biridir. Yəqin ki, bu, müharibə və heç bir demoqrafik siyasət tədbirinin olmaması nəzərə alınmaqla tərtib edilib. Bununla belə, mən BMT-nin demoqrafik proqnozunu Ukrayna ilə bağlı real hökm kimi qəbul etməyi məsləhət görməzdim” , - Oleksandr Qladun bildirib.

Proqnozlar da müddətə görə bölünür - qısamüddətli (2-5 il, ən dəqiqdir), ortamüddətli (10-15 il) və uzunmüddətli (50 ildən çox). Zaman intervalı artdıqca dəqiqlik azalır.

Demoqrafiya İnstitutunun 2023-cü ilin ortalarına olan proqnozuna görə, Ukrayna əhalisi 2037-ci ilə qədər təxminən 30 milyon nəfərə qədər düşə bilər.
"Uzunmüddətli proqnozlar bir xəbərdarlıq kimi qəbul edilməlidir - hadisələrin inkişafı doğum, ölüm nisbəti, miqrasiyanın müəyyən parametrləri ilə nəyə səbəb ola bilər.
Fikrimcə, Ukrayna üçün uzunmüddətli perspektivdə ən bədbin proqnoz 25 milyon vətəndaşa qədər azalmadır. Lakin əhali sürətlə azalmağa başlasa belə, onun yerini başqa ölkələrdən miqrasiya edəcək insanlar tutacaq”, - ekspert izah edib.

Xatırladaq ki, "The New York Times” 2024-cü ilin yazında bəyan etmişdi ki, 30 yaşınadək sağlam kişi nəsli hazırda Ukraynanın müstəqillik tarixində ən kiçik nəsildir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->