Xəbər lenti

BMW-dən oğurladığı gödəkçəni geyindi, özünü ələ verdi
Ölkə 17:04 03.07.2024

BMW-dən oğurladığı gödəkçəni geyindi, özünü ələ verdi

Bakıda oğurladığı və əyninə geyindiyi "Stefano Ricci" markalı gödəkcə ilə saxlanılan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Seymur Dadaşov (şərti) bir neçə avtomobildən oğurluq etdiyi üçün həbs edilib.

O, BMW markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək içərisində 150 manat dəyərində "Tissot 1853-T020317A" model qol saatını, 500 manat dəyərində X1 model dəmir qolbaqlı qol saatını, 50 manat dəyərində "Stefano Ricci" markalı gödəkcəni, həmin gödəkçənin cibindəki 300 dolları və 10 manatı , avtomobilin yük yerindən 52 manat 80 qəpik dəyərində "Finlandiya" əmtəə nişanlı bir litrlik alkoqollu içkini oğurlayıb.

Seymur oğurladığı içkini içib və "Stefano Ricci" markalı gödəkcəni əyninə geyinərək yola çıxıb. Təqsirləndirilən şəxs yolda olan zaman polis əməkdaşları onu saxlayıb. Əyninə geyindiyi gödəkçə hesabına onun oğurluq etməsi müəyyənləşib. 

Seymurun digər avtomobillərdən də oğurluq etməsi məlum olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib və onun 4 ay 4 gün həbsdə qalması nəzərə alınmaqla barəsində qəti olaraq 2 il 1 ay 23 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->