Xəbər lenti

BNA müsabiqə şərtlərini açıqladı - Sahibkarların nəzərinə
Ekonomiks10:23 15.02.2017

BNA müsabiqə şərtlərini açıqladı - Sahibkarların nəzərinə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Nəqliyyat Agentliyi paytaxt Bakıda fəaliyyət göstərəcək 125 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin müvəqqəti istismara çıxarılması ilə bağlı müsabiqə elan edib.

Agentliyin mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, müsabiqədə qanunvericiliyin tələblərinə uyğun sərnişindaşıma fəaliyyəti göstərməsi üçün maddi texniki bazası və müvafiq işçi heyəti olan hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

Müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş formada yazılı ərizə;

İddiaçının tam adı, fərdi sahibkarlar üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər üçün nizamnaməsinin, vergi ödəyicisinin uçota alınması haqqında rekvizitlərin surəti;

Müsabiqə sənədləri paketinin tərtib edilməsinə çəkilən xərclərin əvəzi olan haqqın ödənilməsinə dair bank sənədi.

Müsabiqədə iştirak etmək istəyənlər aşağdakı məbləğdə müsabiqə sənədləri paketinin tərtib edilməsinə çəkilən xərclərin əvəzi olan haqqı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Ziya Bünyadov 111 ünvanından (Əlaqələndirici şəxs: Vəliyev Natiq, telefon: 404-41-20 ( daxili 2029) ala bilərlər.

İştirak haqqı - 500 manat;

Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab AZ 41NABZ01360100000000003944
S.W.I.F.T.BIK: CTREAZ 22
Bakı Nəqliyyat Agentliyi
Hesab № AZ88CTRE00000000000008147701
VÖEN: 1503112971
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7

Müsabiqə "Avtomobil nəqliyyatı haqqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

İddiaçılar müsabiqədə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 28.02.2017-ci il, saat 17:00-a qədər tarixə qədər, müsabiqə təklifləri zərflərini isə 15.03.2017-ci il, saat 12:00-a qədər Bakı şəhəri Ziya Bünyadov 111, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri Bakı Nəqliyyat Agentliyinin inzibati binasında 17.03.2017-ci il tarixində müsabiqə komissiyası tərəfindən açılacaq. İddiaçıların və onların notarial qaydada təsdiqlənmiş sənədlə müvəkkil etdiyi səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Qaynarinfo.Az