Xəbər lenti

Bolqarıstanda dəhşətli avtobus qəzası: 46 nəfər yanaraq öldü
Dünya04:55 23.11.2021

Bolqarıstanda dəhşətli avtobus qəzası: 46 nəfər yanaraq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bolqarıstanda dəhşətli yol qəzası baş verib. 
Qaynarinfo xəbər verir ki, hadisə Struma şosesində qeydə alınıb. Şimali Makedoniyadan gələn turist avtobus yerli vaxtla təxminən saat 03:00 (Bakı vaxtı ilə saat 04:00-da) radələrində qəzaya uğrayıb və yanıb. Hadisə yerində 46 nəfər, o cümlədən 12 uşaq həlak olub. Qəza zamanı avtobusda 52 nəfər olub.
Qeyd edilir ki, qəza zamanı daha 7 nəfər xəsarət alıb. Onlardan 2-si qadın, 5-i kişidir. Yaralılar Sofiyadakı xəstəxanaya yerləşdirilib.