Xəbər lenti

Bomjluq edən Avropa çempionu öldü - VİDEO
Ölkə10:59 24.10.2014

Bomjluq edən Avropa çempionu öldü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bomjluq edən Avropa çempionu Rövşən Kazımov dünyasını dəyişib. 

Qaynar.info azvision.az-a istinadən xəbər verir ki, Rövşən Kazımov dünən Təcili Tibbi Yardım tərəfindən Bakının Keşlə qəsəbəsində yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb. 

Xəstəxanada kişi bomj üçün yer olmadığından, həmin xəstə 7 saylı Şəhər xəstəxanasına aparılıb.

Lakin aşağı ətrafların travmasından əziyyət çəkən Rövşən Kazımov xəstəxanada keçinib. 

Rövşən Kazımovun meyiti Sabunçuda yerləşən 3 saylı Sabunçu Klinik xəstəxanasının `Məhkəmə Tibbi Ekzpertiza və Pataloji Anatomiya Birliyi`nə aparılıb. 

AzVison.az-ın əməkdaşları bununla bağlı həmin xəstəxanada olublar. Meyitin həmin şəxsə aid olduğu xəstəxanadan təsdiqlənib. Bu barədə Rövşən Kazımovun yaxınlarına məlumat verilib.

Xatırladaq ki, bir neçə gün öncə Rövşən Kazımov haqqında saytımızda geniş material dərc olunub.

Həmin materialı təqdim edirik:

Qaynar.info