Xəbər lenti

Borca görə iti müsadirə edib, "eBay"da satdılar
Dünya09:36 01.03.2019

Borca görə iti müsadirə edib, "eBay"da satdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın Ahlen qəsəbəsində vergi borcları səbəbindən bələdiyyə bir ailənin itini müsadirə edərək "eBay"da satıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Ahlen Bələdiyyəsinin borcu almaq üçün ötən ilin noyabrında adı açıqlanmayan şəxsin evinə göndərdiyi 2 məmur öncə əlil şəxsin arabasını almaq istəyib. Lakin arabanın sığorta şirkətinə aid olduğu üzə çıxdığından, ailənin Edda adlı iti müsadirə olunub. İt 750 avroya "eBay"da satılıb.
İtin yeni sahibi Mikayela Cordan normalda 1500-2000 avroya satılan bu cinsin belə ucuz təklif edilməsindən narahat olaraq, bələdiyyəyə zəng vurub. Bələdiyyə rəsmisi itin sağlam olduğunu və bütün peyvəndlərinin vurulduğunu dedikdən sonra Cordan razı qalıb. Lakin bir müddət sonra itin gözündə problem yarandığı üçün 4 dəfə əməliyyat keçirməli olub. Cordan 1800 avroluq baytar xərclərinin geri qaytarılması üçün bələdiyyəni məhkəməyə verib.
Bələdiyyə sözçüsü Frank Merşhauz itin müsadirə edilməsinin qanuna zidd olmadığını deyib, lakin ailənin əlil arabası ilə bağlı iddiasını rədd edib.