Xəbər lenti

Borcunu ödəmək üçün dələduzluq etdi, başqasının torpağını satışa çıxardı
Ölkə 13:47 14.08.2025

Borcunu ödəmək üçün dələduzluq etdi, başqasının torpağını satışa çıxardı

Borcunu ödəmək üçün dələduzluq edən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə edilən Elçin adlı təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Onun ev dustaqlığında və həbsdə saxlanıldığı 2 ay 23 gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

İş materiallarından aydın olur ki, Elçinin 9000 manat borcu olub. O, borcu ödəmək üçün Maştağa qəsəbəsinin Tavaylıq yolu deylən ərzisində hasarlanmış torpaq sahəsi tapıb. Bundan sonra həmin torpaq sahəsinin satılması barədə "Maştağa Gündəmi” adlı elan saytında elan yerləşdirib. 

Zərəçəkmiş onunla əlaqə saxlayaraq torpaq sahəsini almaq istədiyini bildirib. Tərəflər 8550 amanat razılaşıblar. Sonradan məlum olub ki, torpaq sahəsi Elçinə məxsus deyil. 

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət editdikdən sonra Elçin saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Elçin məhkəmə prosesi zamanı özünü təqsirli bildiyini deyib. Eyni zamanda qeyd edib ki, zərərçəkmişə dəymiş ziyan tam olaraq ödənilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->