Dünya 10:28 07.06.2022

Boris Conson baş nazir vəzifəsində qalacaq

Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə keçirilən etimad səsverməsində qalib gəlib.

Qaynarinfo bu barədə "Euronews" agentliyinə istinadən xəbər verir.

Ötən gün Boris Conson üçün partiyadaxili impiçment səsverməsi keçirilib. Mühafəzəkarlar Partiyasının 211 üzvü Consonun lehinə, 148 nəfər isə əleyhinə səs verib. Bununla da o, səsverməni qələbə ilə başa vurub.

Qeyd edək ki, 2020-2021-ci illərdə koronavirus məhdudiyyətləri zamanı Consonun iqamətgahında keçirilən ziyafətlər barədə məlumatın ortaya çıxması Baş nazirə qarşı narazılığı artırıb. O, ziyafətlərdən birinə qatıldığı üçün cərimə ödəyərək üzrxahlıq etsə də, müxalifətin tələbi ilə istefa verməyib və heç kimi işdən çıxarmayıb.

M.Arif