
AB diplomatiyasının rəhbəri Jozep Borrell ABŞ-dakı seçkilərdən sonra Trampın davranışlarından narahat olduğunu etiraf edib.
Qaynarinfo xəbər verir ki, AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Radio 4-ə verdiyi müsahibəsində "Əlbəttə, bu, narahatlıq doğurur. Düşünürəm ki, bu, ABŞ-da ilk dəfə belə bir hal baş verir, amma hər şey lazım olduğu kimi gedəcək", - deyib.
"Bu anda yalnız çox ucadan fırıldaqçılıq ittihamları eşidirik, lakin bu ittihamlarla bağlı heç bir dəlil görmürük", - Borrell əlavə edib.
Alpər