Xəbər lenti

Boşanan müsəlmanlar cəzalandırıla bilər
Dünya18:27 02.10.2013

Boşanan müsəlmanlar cəzalandırıla bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanından olan hakim Muhammad Cizlyani evlənməyə və boşanmağa dırnaqarası baxanları cəzalandırmağı tələb edib.

ANS PRESS bildirir ki, hakim bunu qatıldığı bir tok-şou zamanı deyib. O, bunu qəbul etmək istəməyənləri cəzalandırmağı təklif edib.

Cizlyaninin sözlərinə görə, bu, xüsusilə də səs mesajları ilə boşanmağı elan edən cütlüklərə qarşı tətbiq edilməlidir. Hakimin bu sözləri bu yaxınlarda Mədinədə boşanma məhkəməsinin mobil səs mesajı əsasında aparılması olub. Şəhər məhkəməsi bir qadının boşanma ərizəsini qəbu edib. Qadın dəlil kimi məhkəməyə ərinin üç dəfə «talaq» kəliməsini səsləndirdiyi səs mesajını təqdim edib.

Qaynar.info