Xəbər lenti

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək
Ölkə10:57 06.06.2024

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 6-da "Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Belə ki, Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrində dəyişiklik edilib. Dəyişikliyə əsasən, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə 15 dollar dövlət rüsumu ödəniləcək.