Xəbər lenti

Dünya 20:23 27.02.2024

"Bosch" və "Sony" Rusiyadakı son mağazalarını bağlayır

"Bosch" və "Sony" şirkətləri Rusiyadakı son ixtisaslaşdırılmış mağazalarını bağlayır. LG bütün brend mağazaları "təchizatın dayandırılması səbəbindən" bağlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazır.

"Sony"nin müştəri xidməti nümayəndəsi bildirib ki, mağazalar tədarük çatışmazlığı səbəbindən bağlanır. Onun sözlərinə görə, Moskvada üç mağaza qalan malları satmaq üçün yaya qədər açıq qalacaq. 

"Bosch" qalan malları satmağı planlaşdırdıqları biri istisna olmaqla, bütün mağazaları bağlayıb. 

LG-nin texniki dəstəyi bütün brend mağazaların "təchizat dayanması səbəbindən” artıq bağlandığını bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->