Bosniya və Herseqovinada prezident və parlament seçkiləri keçirilir.
Qaynarinfo xəbər verir ki, ölkədə 3,35 milyon seçici var. Parlament və prezident seçkilərində 67 siyasi partiya, 34 müstəqil namizəd, 34 alyans iştirak edir. Ümumilikdə 518 yer üçün 7500 namizəd mübarizə aparacaq.
Seçkilərdə ölkənin tərkibinə daxil olan muxtar vilayətlər Bosniya və Herseqovina Federasiyası, Serb Respublikasında parlament üzvləri müəyyənləşdiriləcək. Bosniya Prezidentliyində mövcud olan 3 yer uğrunda isə bosniyalı, serb və xorvat olmaqla 15 namizəd mübarizə aparır.
Gülşən