Ötən gün Braziliyada keçirilən prezident seçkilərinin nəticəsi açıqlanıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, seçkilərin ilkin mərhələsində sağ cinah nümayəndəsi Jair Bolsonaro üstünlük əldə etsə də, o, prezident seçiləcək qədər səs toplaya bilməyib. 46% nəticə əldə edən Bolsonaro və İşçi Partiyasının 29% səs qazanan namizədi Fernando Haddad 28 oktyabrda keçiriləcək 2-ci mərhələdə mübarizə aparacaq.
Gülşən