Xəbər lenti

Bricit Makron: "Həyat yoldaşımın tək günahı məndən gənc olmasıdır"
Dünya06:49 18.08.2017

Bricit Makron: "Həyat yoldaşımın tək günahı məndən gənc olmasıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa prezidenti Emmanuel Makronun özündən 25 yaş böyük həyat yoldaşı Bricit Makron ilk dəfə müsahibə verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, mətbuatda müzakirə mövzusuna çevrilən həyat yoldaşı ilə aralarında olan yaş fərqi barədə danışan 64 yaşlı "first lady" "Həyat yoldaşımın tək günahı məndən gənc olmasıdır" deyib. 

Emmanuel Makronun ölkə prezidentinin xanımı statusuna hüquqi status qazandırmağa çalışmasına münasibət bildirən Bricit Makron buna görə maaş almayacağını deyib. Birinci xanım rəsmi fəaliyyətlərinin internet üzərindən yayımlanacağını və Fransa xalqının onun addımlarını izləyə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Emmanuel Makron "first lady" adını rəsmiləşdirmək və rəsmi status səviyyəsinə qaldırmaq istəyir. Bu istəyə görə dövlət büdcəsindən əlavə pul xərclənəcəyini deyən insanlar isə Makronu tənqid edir. 

Gülşən

Qaynarinfo.Az