Xəbər lenti

Brilliant Dadaşova Türkiyədən həmkarlarının bostanına daş atdı - FOTO
Maqazin11:22 23.05.2016

Brilliant Dadaşova Türkiyədən həmkarlarının bostanına daş atdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Xalq artisti Brilliant Dadaşovanın Türkiyənin tanınmış “Hər Şey Daxil” verilişində qonaq olması haqda xəbər vermişdik. 

Qaynarinfo.az xəbər verir ki, ifaçı Alişan və Çağla Şıkelin aparıcılığını etdiyi verilişdə yerli şou nümayəndələrinin bostanına daş atdı. Müğənni bu sahədə ilk dəfədən ona dəstək olan sənətkarlardan söz açdı: 

“Bu sahəyə gələndə bir çox sənətkarlar mənə dəstək oldu. Akif İslamzadə kimi sözünü bu sənətdə demiş şəxslər mənim səhnə fəaliyyətimin önəmli olduğunu söyləyirdilər. Onlar həmişə deyirdilər ki, bu səhnədə mənim kimi səsi olan birisinə ehtiyac var. Təbii ki, o illərdə Azərbaycan musiqisinə yeni boğazlar, yeni janrlar gətirmişdim. Düzdü çoxu bunu qəbul etmir ancaq həqiqət belədir. Məndən öyrəndikləri ilə mətbuatın köməyi ilə tanındılar. Amma uzun ömürlü olmadı”.

Qaynarinfo.az