Xəbər lenti

Britaniya hökuməti əlillik müavinətlərini milyardlarla funt-sterlinq azaldacaq
Dünya 23:01 11.01.2025

Britaniya hökuməti əlillik müavinətlərini milyardlarla funt-sterlinq azaldacaq

Britaniya hökuməti əlillərə verilən müavinətləri milyardlarla funt-sterlinq azaldır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti Britaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

"Dovninq Street bazarları iqtisadi planı ilə sakitləşdirmək üçün əlillik müavinətlərinin azaldılması üçün milyardlarla funt-sterlinq hazırlayır", deyə nəşr yazıb.

Xəzinə kansleri Reyçel Rivzin Britaniya xalqı üçün vergi artımı əvəzinə xərclərin "sərt" azaldılmasını elan etdiyi vurğulanır. Böyük Britaniya hökuməti əlillərə verilən ödənişlərə xərclərin faktiki azaldılması ilə yanaşı, əlil statusunun alınması qaydalarının sərtləşdirilməsini də müzakirə edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->