Xəbər lenti

Britaniya kraliçasına təlim keçmiş məşhur britaniyalı ekspertlə MÜSAHİBƏ
Ölkə05:30 26.01.2023

Britaniya kraliçasına təlim keçmiş məşhur britaniyalı ekspertlə MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Medianın İnkişafı Agentliyinin və ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "Rəqəmsal jurnalistika” mövzusuna dair uğurlu təlim keçirildi. Təlimçi media sahəsi üzrə mütəxəssisi britaniyalı Kolin Gibsondur.  
Kolin Gibsonun praktikasından dolayı təlimdə qarşıya çıxan bütün suallar öz cavabını tapdı. : Kolin Gibson Media əlaqələri, Hökumətlə əlaqələr və xüsusən rəqəmsal innovasiyalar vasitəsilə auditoriya artımı da daxil olmaqla, biznesin bütün platformaları və sahələrində xidmət göstərən dünyanın aparıcı kommunikatorlarından və kommunikasiya komandalarının mentorlarından biridir. O, İngiltərə Futbol Assosiasiyasının media çıxışı və ictimaiyyətlə əlaqələr əməliyyatlarına cavabdehdir və Avro 2004-də ən yaxşı media əməliyyatlarından birini həyata keçirib. Kolin Gibson söhbət əsnasında çox məşhur şəxslərə, İngiltərə Kraliçasına və Nelson Mandelaya da təlim keçdiyini vurğulayıb.
Təlim bitdikdən sonra Kolin Gibson Qaynarinfo-nun suallarını cavablandırıb.
- Sosial şəbəkələrin informasiya bolluğu olduğu bir dövrdə, informasiya resursu olan media varlığını necə qorumalıdır?
- İlk öncə medianın informasiya bolluğu içərisində özünü qorumağın yolu onun doğru, dürüst olmasıdır. Auditoriyası tərəfindən inamla qarşılanmasıdır. Ola bilər hər bir informasiya agentliyi özünü rəsmi kimi göstərə bilər,  amma onun inamlı və güvənli olması sual altında ola bilər. Sosial şəbəkədən götürülən informasiya da xəbər sayılmır. Onu bir şərh və ya şəxsi təxəyyül məhsulu hesab etmək olar.
- İngiltərədə işlədiyiniz media qurumlarında və eyni zamanda təlimatçı olduğunuz digər ölkələrdə xəbər hazırlanarkən bəlli bir kodeksə, xüsusilə etika kodeksinə necə əməl olunur?
- Nə yazdığının həmişə həqiqətinə varmaq lazımdır. Yalan məlumat vermək olmaz. Bir çox axtarışlardan sonra xəbərin dəqiqliyinə əmin olduqda onu sayta vermək lazımdır. Çünki yalan məlumat sizin saytınızın imicinə bir başa zərbə vura bilər. İndiki zamanda çətinliklə toplanan ozucu kütləsini itirə bilərsən.
- Sosia şəbəkələr medianın reklam bazarına da mənfi təsirini göstərib. Nə etməli?
-  Sosial şəbəkə bu günün ən böyük problemlərindən biridir. Bu gün reklam bazarı çox geniş inkişaf etməyə başlayıb. Hər yerdə reklam görünür. Sosial media bazarında reklam tutmaq böyük bir yetənək tələb edir. Bu da təbii ki, sizə inamdan və oxucu kütləsinin bolluğundan asılıdır. Facebook ilk yarandığı dövrlər insalara çox geniş açıq meydan vermişdi. Hər istədiyin paylaşımı edə bilirdin. Zaman keçdikcə, yeni qaydalar tətbiq edildi. Söz demək azadlığı və ya istənilən hərəkət etməyə məhdudiyyətlər tətbiq etməyə başladı.
- Qadağalar zəruridirmi?
- Qayda-qanunlar həmişə lazımdır. Necə ki ənənəvi mediada bəlli bir qayda qanun var, onun sosial mediada da olması normal bir haldır. Əslində bu olmalıdır. Eyni zamanda sosial mediada deməli olduğun fikri də söyləməlisən. Əvvəllər ənənəvi mediada olduğu kimi indi sosial şəbəkələrdə də bir-birinə qarşı hüquqi ittihamlar irəli sürmək mümkün olub.
 - Bizə qonşu hansı ölkələrdə təlimdə olmusunuz, oxşar və fərqli nə müşahidə etdiniz?
- Mən Özbəkistan, Türkmənistan və qonşunuz İranda təlimlərdə olmuşam. Buranın mühiti tam fərqlidir. Burada özümü çox rahat hiss edirəm. İranda insanlar  mehriban olsa da, dəhşətli qadağalar var. Sizin ölkəniz çox gözəldir. Hətta mən burada yaşaya bilərəm.
Qafqaz Rafiqoğlu