Xəbər lenti

Britni Spirsin mahnılarının köməyilə piratları qorxudurlar
Dünya10:03 29.10.2013

Britni Spirsin mahnılarının köməyilə piratları qorxudurlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

31 yaşlı pop müğənnisi Britni Spirs Somali piratları üçün əsl qorxuya çevrilib.

Qaynar.info
xəbər verir ki, Britaniya Hərbi Dəniz Donanmasının əsgərləri Somali piratlarını qorxutmaq üçün Britni Spirsin mahnısını oxutdururlar.

Somali sahillərində üzən gəmilərdə müğənninin "Oops! I Did It Again" və "Baby One More Time" mahnıları səsləndirilir. Bu mahnılar nəticəsində piratların qərb musiqisinə nifrəti artıq və onlar sahil rayonlarından geri çəkilməyə məcbur olurlar.

"Piratlar bu mahnılardan oddan qorxan kimi qorxurlar. Təsəvvür edirəm, əgər biz Castin Biberin mahnılarını oxutdursaq onda biz Venesiya Konvensiyasını pozmuş olarıq" deyə Hərbi Dəniz Donanmasının zabiti Stiven Cons bildirib.

Qaynar.info