Xəbər lenti

Brüssel aeroportu bu gün açılır
Dünya07:37 03.04.2016

Brüssel aeroportu bu gün açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 22-də terror törədilmiş Brüsselin Zaventem aeroportu aprelin 3-də açılır.

Rəsmilər bildirib ki, aeroportun terror baş vermiş hissəsi təmir başa çatanaq qədər bağlı olacaq. Ümumilikdə bərpa işləri iyun ayına qədər davam edəcək.

İndki təhlükəsilik tədbirlərinə görə, aeroporta girişdən əvvəl daha bir yoxlama keçiriləcək. Bütün sərnişinlərin sənədləri və şəxsiyyət vəsiqələri yoxlanılacaq.

Martın 22-də Brüsseldəki hava limanında 2, Maalbek metro stansiyasında isə 1 partlaış törədilmişdi

Metrodakı partlayışda 20, hava limanında isə 14 nəfər ölmüşdü. 180-dən çox adam yaralanmışdı.

Partlayışlara görə cavabdehliyi İŞİD üstünə götürmüşdü. (azadliq.org)

Qaynar.info