Beynəlxalq Əfv Təşkilatı və dünyanın bir çox ölkəsindən gələn təzyiqlərdən sonra iranlı rəsmilər geri addım atıb
Bir necə həftə öncə İranda edam edilən, lakin uzun müddət dar ağacından asılı qalmasına baxmayaraq ölməyən məhkum ikinci dəfə asılmayacaq. İran ədliyyə naziri Mustafa Pürmuhammedi bu barədə məlumat verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Beynəlxalq Əfv Təşkilatı və dünyanın bir çox ölkəsindən gələn təzyiqlərdən sonra iranlı rəsmilər geri addım atıb.
Xatırladaq ki, bir müddət öncə bir kq narkotik ilə tutulan iki uşaq atası Əli Rza bu ayın əvvəlində ölkənin şimal-şərqindəki Büjnurddakı həbsxanada asılıb. Lakin 12 dəqiqə boyunca ipdə asılı qalan Əli Rzanın ölmədiyi müəyyən olunub. Möcüzə nəticəsində ölümdən dönən məhkumun daha sonra komaya girdiyi açıqlanıb.