XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır
Ölkə00:00 04.09.2026

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq.

Qaynarinfo xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 sentyabr 2026-cı il tarixində keçiriləcək.

Hərracda minik avtomobilləri ilə yanaşı, avtobus, mikroavtobus, yük və xüsusi təyinatlı nəqliyyat vasitələri də satışa təqdim olunacaq.

Ən aşağı start qiyməti 600 manat olan 1995-ci il istehsalı "Mitsubishi Roza” avtobusuna müəyyənləşdirilib. "QAZ-3102” 750, "QAZ-31029” isə 1 125 manatdan təklif ediləcək.

"Hyundai Elantra” və "Nissan Maxima” modellərinin ilkin qiyməti 1 500 manatdır.

Hərracda daha yüksək qiymətə təqdim olunan avtomobillər arasında 2013-cü il istehsalı "Range Rover Vogue” da var. Onun start qiyməti 21 min manatdır.

Bundan başqa, "Land Rover Freelander” modelləri 11 250 və 16 500, "Hyundai Equus” 12 300, "Hyundai H-1” 8 250, "Volkswagen Passat” 5 625, "Peugeot Partner” və "Volkswagen Caddy” isə 5 400 manatdan satışa çıxarılacaq.