Xəbər lenti

"Bu böyük qələbədir və onun müəllifi Ali Baş Komandandır" - Deputat
Siyasət07:18 08.11.2022

"Bu böyük qələbədir və onun müəllifi Ali Baş Komandandır" - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Lideri olmayan ölkə heç vaxt qalib ola bilməz. Azərbaycan xalqı xoşbəxtdir ki, İlham Əliyev kimi lideri, hər bir çətinliyi dəf etməyə qadir Ali Baş Komandanı var”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Vətən müharibəsində əldə edilən zəfərdə Prezident İlham Əliyevin xidmətlərindən danışarkən deyib. Millət vəkili bildirib ki, bu böyük qələbənin müəllifi Ali Baş Komandandır:
"Məhz İlham Əliyevin vaxtında və düşünülmüş şəkildə verdiyi qərarlar Azərbaycanın bu şərəfli günə çatmasına yol açdı. Ali Baş Komandanın rəhbərliyi altında yetişmiş və tərbiyə olunmuş gənc nəsil yetişdiyindən torpaqlarımızı işğaldan azad etdik. 30 il ərzində işğalda saxlanılan torpaqları 44 günə azad etdik. Bu böyük qələbədir və onun müəllifi Ali Baş Komandandır. Onun apardığı dövlət siyasəti ölkəmizdə milli həmrəylik və birliyin yaranmasına mühüm töhvə verib. Məhz milli həmrəylik, ordumuzun yüksək səviyyədə hazırlanması qələbənin əldə olunmasına imkan yaratdı. Bu şərəfli gün münasibnətilə Ali Baş Komandan başda olmaqla bütün xalqımızı təbrik edirəm”.
Rövşən Həsənov